Daha bir yüksək vəzifəyə TƏYİNAT — FOTO

Daha bir yüksək vəzifəyə TƏYİNAT — FOTO

Mədəniyyət Nazirliyinə yeni təyinatı olub.

BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirliyin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cəfərli Azad Məhyəddin oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.

Azad Cəfərli son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri olub.

Daha bir yüksək vəzifəyə TƏYİNAT — FOTO, fotoşəkil-1

BakuCity.az

Şərhlər