Sərnişinlər niyə marşrut avtobuslarından şikayət edir? - VİDEOREPORTAJ

Sərnişinlər niyə marşrut avtobuslarından şikayət edir? - VİDEOREPORTAJ

Bakıda sərnişin avtobuslarının dayanacaqlara nəzərdə tutulan vaxtdan gec gəlmələri ilə bağlı şikayətlər var.

BakuCity.az xəbər verir ki, sərnişinlər "Report"-a avtobusların qrafik üzrə işləməməsindən, bəzən gecikmələrin çox olmasından şikayət ediblər. 

Problemlə yerindəcə tanış olmaq üçün saytın əməkdaşları şəhərin müxtəlif dayanacaqlarında müşahidələr aparıb.

Məlum oldu ki, ən çox şikayətlər 175, 161, 103, 6, 21, 46 və 49 saylı marşrut avtobuslarındandır.

Sərnişinlər bildiriblər ki, əvvəllər 10 dəqiqə intervalla gələn marşrut avtobusları son vaxtlar 15-40 dəqiqə gözləmək məcburiyyətində qalırlar. Bu isə həm onların mənzil başına gec çatmalarına, həm də sərnişin sıxlığına səbəb olur. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin dediyinə görə, bəzi xidmət və iş sahələrinin fəaliyyətinin bərpa olunması, eyni zamanda yeni tədris ilinin başlanması yollarda hərəkət intensivliyini və sərnişindaşımalara tələbatı əhəmiyyətli dərəcədə artırıb:

"Hazırda gündəlik olaraq xəttə 2 260 ədəd avtobus çıxarılır ki, bu da maksimal göstəricidir. Yəni “BakuBus” MMC-nin hər iki qarajında və özəl operatorlara aid qarajlarda texniki baxımdan saz olan bütün avtobuslar daşımalara cəlb olunub. 

Amma son vaxtlarda şəhər yollarında müşahidə olunan hərəkətlilik və nəqliyyat sıxlıqları avtobusların hərəkətinə ciddi maneələr yaradır. Belə ki, avtobuslararası intervallar pozulur və sərnişinlər uzun müddət dayanacaq məntəqələrində gözləməli olurlar. Bir xətt üzrə bir neçə avtobusun sıxlıqda qalaraq gecikməsi onun hərəkət etdiyi istiqamətdə digər marşrutlar üzrə də daşımaları çətinləşdirir. 

Aparılan müşahidələr göstərir ki, gün ərzində baş verən yol-nəqliyyat hadisələri, sürücülərin yol hərəkəti qaydalarına eləcə də, zolaqların tələbinə düzgün əməl etməməsi qeyri-pik saatlarda da sıxlıqlara səbəb olan əsas amillərdir. Vurğulanmalı məqamlardan biri də son vaxtlar minik avtomobillərinin texniki nasazlıq səbəbindən yollarda hərəkətsiz qalmalarıdır. Son bir ayda bu vəziyyətlə daha tez-tez rastlaşırıq. Belə hallar Z.Bünyadov prospektidə gün ərzində bir neçə dəfə müşahidə olunur.  

Bu cür xoşagəlməz halların olmaması üçün ən optimal həll variantı avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil olunmasıdır". (report)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər