Koronavirusdan ilan vasitəsilə qorunan şəxs - FOTO

Koronavirusdan ilan vasitəsilə qorunan şəxs - FOTO

Britaniyalı kişi karantin tədbirlərinə riayət etməyin orijinal üsulunu tapıb.

O,  koronavirus infeksiyasından qorunmaq üçün maska əvəzinə boğazına ilan dolayıb gəzir.

BakuCity.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Yayılan görüntülərdə üzünə maska taxmaq əvəzinə boğazına ilan dolamış kişinin avtobusda əyləşdiyi görünür.

Avtobusun şoka düşmüş sərnişinləri isə qorxudan kişiyə yaxınlaşa bilməyiblər, beləliklə kişi eyni anda iki hədəfinə çatıb: ilan onun həm maskası olub, həm də sosial məsafəyə şərait yaradıb.

Koronavirusdan ilan vasitəsilə qorunan şəxs - FOTO, fotoşəkil-1 Koronavirusdan ilan vasitəsilə qorunan şəxs - FOTO, fotoşəkil-2

BakuCity.az

Şərhlər