Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BakuCity.az

Şərhlər