Azərbaycanda ən çox koronavirus aşkarlanan YERİN ADI

Azərbaycanda ən çox koronavirus aşkarlanan YERİN ADI

Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

BakuCity.az xəbər verir ki, Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir.

Belə ki, ümumi yoluxma hallarının 56,1%-i paytaxtın payına düşür.

İkinci yerdə 15,6 fazilə Abşeron qərarlaşıb. İlk üçlükdə isə 10,4 faizlə Aran dayanır.

Növbəti yerlərdə Gəncə-Qazax (6,4%), Lənkəran (4,3%), Quba-Xaçmaz (2,1%),Şəki-Zaqatala (1,8%), Dağlıq Şirvan (1,6%), Yuxarı Qarabağ (1%) qərarlaşıb. Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb - cəmi 0,04%.

Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb - 14,3 faiz. Onu 12,2 faizlə Xətai, 11,8 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,9 faizlə Nəsimi, 8,4 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,6 ilə Qaradağ, 7,1 ilə Nizami, 5 ilə Xəzər, 4,7 ilə Səbail və 0,3 faiz ilə Pirallahı izləyir. (koronavirusinfo.az)

BakuCity.az

Şərhlər