ÜST-dən məktəblərlə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA

ÜST-dən məktəblərlə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Hamımız uşaqların yenidən məktəbə getməsini istəyirik. Məktəbləri bağlamaq qərarı son çarə kimi olmalıdır”.

BakuCity.az “Tengrinews”-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyası zamanı məktəblilərin təhsili barədə danışarkən deyib.

T.A.Qebreyesus qeyd edib ki, uşaqlar virusun ciddi təsirlərindən xeyli dərəcədə xilas olsalar da, başqa məsələlərdə zərər görüblər:

“Bir çox ölkədə təməl qidalanma və immunizasiya xidmətləri pozulub, milyonlarla uşaq aylarla məktəbdəki dərsləri buraxıb. Hamımız uşaqların yenidən məktəbə getməsini, təhlükəsiz və əlverişli tədris mühitinə sahib olmasını istəyirik. Məktəblər cəmiyyətin bir hissəsidir və faktiki olaraq cəmiyyətləri birləşdirir. COVID-19-un ötürülməsi riskini azaltmaq üçün ictimai tədbirlər məktəblərdə də riski azaldacaq”.

ÜST rəhbəri bəzi ölkələrdə məktəblərin yenidən açıldığını, digərlərində isə bağlı qaldığını bildirib.

“Ölkələri hər vəziyyətdə dəstəkləmək üçün UNESCO, UNİCEF və ÜST COVID-19 kontekstində məktəblərlə əlaqəli ictimai sağlamlıq tədbirlərinə dair yenilənmiş təlimatları dərc edib.

Uşaqlar, gənclər və bütövlükdə cəmiyyətimiz üçün dağıdıcı nəticələrini nəzərə alsaq, məktəbləri bağlamaq qərarı son çarə və yalnız intensiv ötürülmə olan ərazilərdə yerli səviyyədə olmalıdır. Məktəb bağlandığı müddətdə təhsilin davamlılığı distant təhsil yolu ilə təmin edilməlidir”, - deyə Tedros Adhanom Qebreyesus vurğulayıb.

BakuCity.az

Şərhlər