Ermənistan çalxalanır: bir gün vaxt verildi

Ermənistan çalxalanır: bir gün vaxt verildi

Araik Arutyunyanın istefası tələb olunur.

Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyanın istefası tələbilə gənclərin yürüşü keçirilib.

BakuCity.az xəbər verir ki, yürüş dünən həyata keçirilib.

Yürüş iştirakçıları Ermənistan hökumətinindən ağıllı davranmağı və A.Arutyunyanın istefasını müzakirəyə çıxaracağı tələb edirlər.

“Nazirlər Kabinetinin sabahkı toplantısından sonra biz növbəti addımlarımızı müəyyən edəcəyik. Bizim qırmızı xəttimiz var və bundan geri çəkilmək mümkün deyil. Əgər hökumət Arutyunyanla bağlı qərar verməsə, biz bütün  addımları atacağıq”, - aksiya iştirakçıları bildiriblər.

Bu, nazirə qarşı keçirilən 3-cü aksiyadır. Təhsildəki xaosdan narazılıq edən deputatlar Arutyunyana suallar ünvanlayıblar. O isə sərt cavabları ilə yanaşı, Çarukyanın gənclikdə təcavüz maddəsi ilə ittiham olunduğunu xatırladıb.

Bundan sonra parlamentdə ciddi narazılıq başlayıb və daha sonra parlamentin önündə aksiya keçirilib.

Bu gün parlamentdə Arutyunyana etimadsızlıq müzakirəyə çıxarılacaq. (axar.az)

BakuCity.az

Şərhlər