Qurban Məmmədov Türkiyədə həbs olundu - FOTO

Qurban Məmmədov Türkiyədə həbs olundu - FOTO

Axtarışda olan Qurban Məmmədov saxlanılıb.

Azərbaycan Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədov Türkiyədə saxlanılıb.

BakuCity.az xəbər verir ki, bu barədə oğlu Qoşqar Məmmədov məlumat yayıb. 

Qeyd edək ki, Q.Məmmədov və digər şəxslər Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol"un Milli Mərkəzi Bürosuna göndərilib. (qafqazinfo)

Qurban Məmmədov Türkiyədə həbs olundu - FOTO, fotoşəkil-1

BakuCity.az

Qurban Məmmədov həbs olundu kriminal xəbərlər baki son kriminalmxeber
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər