Qurban Məmmədovun saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMA

Qurban Məmmədovun saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMA

“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı xəbərlər yayılıb.

Bu barədə onun oğlu Qoşqar Məmmədov şəxsi “Facebook” hesabında paylaşım edib.

BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bu barədə heç bir məlumatının olmadığını qeyd edib.

Həmçinin oxu: Qurban Məmmədov Türkiyədə həbs olundu - FOTO

“Harada saxlanılıb? Mənim məlumatım yoxdur. Hələ ki, bizə bu barədə məlumat daxil olmayıb”.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Qurban Məmmədov barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib. (qazet.az)

BakuCity.az

güdəlik xəbərlər ən çox oxunanlar xəbərlər bu gün qurban məmmədov saxlanılıb din-dən açıqlama
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər