Bakıda 50 manata görə gənci ürəyindən bıçaqladı və tutuldu – VİDEO

Bakıda 50 manata görə gənci ürəyindən bıçaqladı və tutuldu – VİDEO
Gənc oğlan Bülbülə qəsəbəsində ürəyindən bıçaqlanıb.
Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib.
BakuCity.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 yaşlı Cərullayev İmran Rasim oğlunun yerini isti izlərlə müəyyən edərək saxlayıblar.
İlkin məlumata görə, cinayəti törədən İmran Cərullayevin Orxan Musayevə 50 manat borcu olub. Cinayət də məhz bu səbəbdən baş verib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
BakuCity.az
Bakıda gənci ürəyindən bıçaqladı kriminal xəbərlər bakı bakıda cinayət törədib son xəbər bakı ürəyindən bıçaqlanıb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər