Koronavirus dərmanının ölümcül təhlükəsi üzə çıxdı

Koronavirus dərmanının ölümcül təhlükəsi üzə çıxdı

Bu dərman ürək tumasına səbəb ola bilər.

COVID-19-a yoluxma zamanı ağırlaşmalarla mübarizə üçün istifadə olunan "Azitromitsin" antibiotiki digər başqa preparatla birgə istifadə zamanı ürəktutmasına səbəb ola bilər.

BakuCity.az xəbər verir ki, bu barədə "Report" "JAMA Network Open" jurnalına istinadən xəbər yayıb.

Belə ki, bu nəticəyə Çikaqodakı İllinoys Universitetinin alimləri gəliblər.

Mütəxəssislər 44 milyondan çox pasiyent haqqında məlumatları öyrəniblər və müvafiq olaraq “Amoksisillin” və “Azitromitsin”i qəbul etmiş qrupların nəticələrini müqayisə ediblər. “Azitromitsin” və ürəyin elektrik impulslarına təsir edən dərmanların birgə istifadəsinin huşitirmə, sürətli ürək döyüntüsü və hətta ürək tutması kimi xəstəliklərin yüzdə qırx faiz artımı ilə əlaqəli olduğu ortaya çıxıb.

Bu preparatlara qan təzyiqi dərmanları, antidepresantlar, malyariya əleyhinə dərmanlar və opioidlər daxildir. Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 30 milyonu ötüb, 21 814 429 nəfər sağalıb, 945 099 nəfər isə virusdan ölüb.

BakuCity.az

Koronavirus infeksiyası covid-19 pandemiyası Koronavirus dərmanının ölümcül təhlükəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər