Covid-19-a görə Azərbaycanın bu ərazisi BAĞLANDI

Covid-19-a görə Azərbaycanın bu ərazisi BAĞLANDI

"Şəki Bazarı" ASC koronavirusun yayılmasınamsəbəb olub.

"Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi Şəkidə yerləşən “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin Covid-19 infeksiyasına yoluxduğu aşkar edilib".

BakuCity.az-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək.

Məlumat üçün qeyd edək ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər", - məlumatda bildirilib.

BakuCity.az

Bakının bu rayonunda koronavirus covid-19 STATİSTİKASI koronavirus infeksiyası koronavirus xəbərləri koronavirus surətlə yayılıb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər