Nişan Moskvada baş tutub.
Azərbaycanın xalq artisti, tanınmış müğənni Emin Ağalarov Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlanıb.
BakuCity.az xəbər verir ki, bu barədə xəbər sosial şəbəkədə yayılıb.
Eminlə Fatimənin nişan mərasimi Moskvada baş tutub.
Bir müddət öncə Emin Ağalarov həmin xanımın şərəfinə musiqi də bəstələyib: “Bu, mənim üçün gözlənilməz bir musiqidir”, - E.Ağalarov bildirib. (unikal.org)