"Sədərək" nəzarətə götürüldü

"Sədərək" nəzarətə götürüldü

"Sədərək" nəzarətə götürülüb.

Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan "Sədərək" Ticarət Mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradıb.

BakuCity.az xəbər verir ki, bu barədə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib.

Müşavirin sözlərinə görə, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb:

"Bu barədə ticarət mərkəzinin rəhbərliyi xüsusi qərar qəbul edib. Bazar ərazisində olan bütün mağaza və digər obyektlərə nəzarət gücləndirilib. Komissiya üzvləri mütəmadi olaraq bazarın ticarət aparılan ərazilərinə cəlb edilib. Bazardakı bütün alış-veriş mağazaları yoxlanılır. Ticarət üçün açıq olan obyektlər dərhal qapadılacaq və sahibkar barədə ciddi ölçü götürüləcək. Hazırda ticarət mərkəzində yalnız ofislərin fəaliyyətinə icazə verilib.

Giriş-çıxışlara müşahidə kameraları ilə nəzarət edilir. Əgər hər hansısa fakt aşkarlanarsa, cavabdeh şəxslər dərhal cəzalandırılacaq".

Ticarət mərkəzində yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlara gəlincə isə M. Qədimov bildirib ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir:

"Ticarət Mərkəzində heç bir yoxlamalar aparılmır. Mərkəz və onun rəhbərliyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda ticarət mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyyələrə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir, mərkəz fəaliyyətini bərpa etməsi üçün hazır vəziyyətə gətirilir". (trend)

BakuCity.az

Sədərək" nəzarətə götürüldü gündəlikmxəbərlər böyük ticarət mərkəzləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər