Tofiq Yaqublunun vəkilinin vəsatəti təmin edilib.
Bu gün Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib.
BakuCity.az xəbər verir ki, hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb.
Həmçinin oxu: Bakı polisi və prokurorluq Tofiq Yaqublu ilə bağlı birgə məlumat yaydı
Qeyd edək ki, T.Yaqublu bu ilin mart ayında Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirləndirilərək həbs edilmişdi.
BakuCity.az