Bakıda intihara cəhd olub.
BakuCity.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
33 yaşlı Sahil Məmmədov yaşadığı evin həyətindəki köşkdə özünü asıb.
Hadisə yerinə yetişən şəxslər onu xilas edib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
BakuCity.az