Tramp Rusiyanı oğurluqda günahlandırdı

Tramp Rusiyanı oğurluqda günahlandırdı

Donald Tramp Amerikanın ən güclü silaha sahib olduğunu deyib.

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bir daha ölkəsinin həm Rusiya, həm də Çinin həsəd aparacağı ən güclü silaha sahib olduğunu deyib.

BakuCity.az xəbər verir ki, Ağ Evin rəhbəri seçkiqabağı mitinqdə çıxışı zamanı bu silahın bəşər tarixində ən böyük silah olduğunu bildirib.

Trampın dediyinə görə, ordunu canlandırmağa və heç kimin ağlına belə gətirməyəcək səviyyəyə qaldırmağa müvəffəq olublar.

Ağ Evin başçısı ilk dəfə bu raket haqda informasiyanı may ayında elan edib:

“Demişdim ki, bəşəriyyətə məlum olan ən güclü silahı yaratdıq. Bu, doğrudur. Prezident Si, Putin və hər kəsin bizə həsəd aparacağı qədər güclü silahlarımız var. 

Bundan əlavə, Tramp onu məxfi məlumatları açıqlamaqda günahlandıran tənqidçilərə cavab olaraq dünyaya yalnız ABŞ-ın ən güclü silaha sahib olduğunu söylədiyini, ancaq silah növünü açıqlamadığını deyib.

ABŞ prezidenti eyni zamanda Rusiyanı “super-puper raket”i haqqında məlumatı oğurlamaqda günahlandırıb:

“Adi raketdən beş qat daha sürətli bir super-puper hipersəsli raketimiz var, və Rusiya bu məlumatları Obama administrasiyasından oğurlayıb yeni raket yaratdılar, amma indi bizim daha sürətli bir raketimiz var”.

Trampın sözlərinə görə, son vaxtlar ABŞ Silahlı Qüvvələrinə xeyli pul xərclənib.

Amerika Prezidenti ilk dəfə mayın ortalarında “super puper raket”inin hazırlandığını elan edib. Tramp bunun dünyanın ən sürətli raketi olacağını iddia edib, ancaq digər detalları açıqlamayıb. Daha sonra Ağ Evin başçısı yeni hipersəsli raketin bütün mövcud analoqlardan on qat daha sürətli olduğunu bildirib. Mərminin mərkəzdən 35 santimetr dəqiqliklə 1600 kilometr məsafədəki hədəfləri vura biləcəyini vurğulayıb. (konkret.az)

BakuCity.az

Şərhlər