Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA

Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA

Karantin qaydalarına riayət etməyən sərnişinlər var.

"Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına əməl etmələri xahiş olunur. Əks təqdirdə bu, metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər".

BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir:

"İstər metropoliten əməkdaşları, istərsə də polislər sərnişinlərə platformalarda tibbi maskaları təyinatına uyğun şəkildə taxmalarını tövsiyə edir. Tibbi maskanın istifadə qaydası yuxarı tənəffüs yollarının qorumaqdır. Əgər sərnişin maskanı çənəsinin altında saxlayırsa və ya burnunun bağlamayacaq şəkildə taxırsa, onun heç bir mənası olmur. Bu, sadəcə aksessuar çevrilir.

Biz bütün sərnişinlərdən xahiş edirik ki, maskaları təkcə platformalarda deyil, qatarlara minəndə də təyinatına uyğun taxsınlar. Çünki maskadan istifadə etməmək virusun yayılmasına şərait yaradır. Bu isə maskadan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olur".

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər