Bakının mərkəzində bina uçub: sakinlər təhlükədədir - FOTO

Bakının mərkəzində bina uçub: sakinlər təhlükədədir - FOTO

Bakının Nizami küçəsi ev 91 (“Torgovaya”) ünvanındakı yaşayış binasında uçqun baş verib.

BakuCity.az xəbər verir ki, bu barədə modern.az-a sakinlər məlumat veriblər.

Məlumata görə, 10 mərtəbəli binada damın bir hissəsi çöküb və dağıntı qalıqları mənzillərdən birinin içinə tökülüb.

“Hadisə nəticəsində binanın damında böyük bir deşik əmələ gəlib, ciddi təhlükə yaranıb. Mərtəbəarası döşəmə və örtüklər taxtadandir. İndiki vəziyyətdə Allahın ümidinə qalmışıq.

Qəza nəticəsində 17 nömrəli mənzilə və ondan aşağıdaki mənzillərə axmış yağış suları sakinlərə ciddi ziyan vurub. Bu barədə dəfələrlə mənzil-istismar sahəsinin rəisinə, Nəsimi rayon İH-nə və Baki İH-nə yazili formada və telefonla, başqa dövlət qurumlara məlumat vermişik, amma bərpa-təmir işlərilə bağli heç bir konkret cavab almamışıq", - deyə bina sakinləri bildiriblər.

Bakının mərkəzində bina uçub: sakinlər təhlükədədir - FOTO, fotoşəkil-1

BakuCity.az

Şərhlər