Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqlayəb

Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqlayəb

"COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq".

BakuCity.az xəbər verir ki, bunu "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində deyib.

Bill Qeyts ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütovlükdə nə vaxt normallaşa biləcəyi barədə bunları deyib:

"Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək“.

O qeyd edib ki, epidemiya ən yaxşı halda 2022-ci ildə başa çatacaq, amma 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bəzi göstəriciləri (infeksiyanın yayılması-red) aşağı salmaq lazımdır:

"Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq".

Bill Qeytsin hesablamasına görə, dünyada pandemiya zamanı peyvəndləmə səviyyəsi əvvəlki 20 ildə əldə olunan irəliləyişi məhv edərək, 14% azalıb.

Bill Qeyts Birləşmiş Ştatların inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin alınmasına kömək etməkdə özünü göstərə bilməməsindən məyus olduğunu deyib. (report)

BakuCity.az

Şərhlər