Azərbaycanda yeni qərar: MÜDDƏT UZADILDI

Azərbaycanda yeni qərar: MÜDDƏT UZADILDI

Seçim vaxtı uzadıldı.

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı bu gün saat 10:00-dək uzadılıb.

BakuCity.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, amma ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər.

Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

Xatırladaq ki, DİM bundan öncə ixtisas seçiminin 20 sentyabr saat 23:59-da başa çatacağı barədə məlumat yaymışdı.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər