HƏRBİ EKSPERT: Yaxın saatlarda son baş verən hadisələrin nəticəsini görəcəyik

HƏRBİ EKSPERT: Yaxın saatlarda son baş verən hadisələrin nəticəsini görəcəyik

“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”.

BakuCity.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.

Üzeyir Cəfərov Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib.

“Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Artıq silahlar danışmalıdır. Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA), kiçik çavuş Elşən Məmmədovun şəhid olması və ümumilikdə cəbhə və dövlət sərhəddində baş verən hadisələr müharibənin artıq vaxtının çatdığını göstərir. Yaxın saatlarda biz son baş verən hadisələrin nəticəsini görəcəyik.

Çünki düşmən son günlər həddindən artıq azğınlaşıb, təxribatları intensivləşib. Bu təxribatların qarşısını almağın tək yolu isə, düşmənə hərbi yolla cavab verməkdir. Məqam yetişib, biz artıq hərəkətə keçməliyik”, – deyə hərbi ekspert bildirib. (redaktor)

BakuCity.az

Şərhlər