Bakı Metropoliteninin fəaliyyətində problem yaranıb.
BakuCity.az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətt"inə məlumat daxil olub.
"Gənclik" stansiyasından "Nəriman Nərimanov" metro stansiyasına hərəkət edən qatar tuneldə 15-20 dəqiqə gözləməli olub.
"Nəriman Nərimanov" - "Ulduz" yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş verən nasazlığa görə hazırda Metropoliten xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur. Bəzi qatarlar arasında intervaldan əlavə olaraq 2-3 dəqiqə gecikmə müşahidə edilir", - deyə "Bakı Metropoliteni" QSC-dən problemlə bağlı bildirilib.
BakuCity.az
https://www.bakucity.az/