Bakıda sabaha gözlənilən HAVA ŞƏRAİTİ

Bakıda sabaha gözlənilən HAVA ŞƏRAİTİ

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu  olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.  Cənub-şərq küləyi əsəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 23-24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki,  bu da meteohəssas insanlar üçün əlverişlidir.

BakuCity.az

Şərhlər