Təmir-bərpa işlərinə başlanılır.
"Qaz İxrac" İdarəsi bu gün səhər saat 09:00-dan etibarən "Alatava” Qaz Paylayıcı Stansiyasından qidalanan "Mikrorayon” və "Tbilisi prospekti” ölçü qovşaqlarında təmir işlərinin aparılması ilə əlaqədar qaz təchizatını dayandırmağı planlaşdırır. Qaz xətti üzərində yerləşən diametri 250 mm-lik siyirtmədə əmələ gəlmiş qaz sızmaları aradan qaldırılacaq.
BakuCity.az "Azəriqaz"a istinadən xəbər verir ki, təmir işləri görülən vaxtda Nəsimi rayonu, 1 və 2-ci Alatava qəsəbələrində, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələrində, Tbilisi prospektində, Yasamal rayonunda, Binəqədi rayonu, 6, 7, 8 və 9-cu mikrorayonlar, Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivi, Vorovski yaşayış sahəsi, C.Xəndan küçəsinin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.
Gün ərzində təmir işləri başa çatandan sonra qaz təminatının bərpası planlaşdırılır.
BakuCity.az