Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.  Cənub-şərq küləyi əsəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

BakuCity.az

Şərhlər