Ordumuzun artilleriyası işə düşdü - VİDEO

Ordumuzun artilleriyası işə düşdü -  VİDEO

Döyüş atışlı taktiki təlimlərə başlanılıb.

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

BakuCity.az xəbər verir ki, bununla baölı Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib. (apa)

BakuCity.az

Şərhlər