Toyların bərpası dəqiqləşdi - AÇIQLAMA

Toyların bərpası dəqiqləşdi - AÇIQLAMA

Toylar oktyabr ayından bərpa edilə bilər.

BakuCity.az xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir. Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar.

Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss edilir. Əsasən toyları karantinə görə dəfələrlə təxirə düşən müştərilər müraciət edirlər. Amma onların arasında yeni müştərilər də az deyil.

Həmçinin oxu: Toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

Hələlik toyların bərpası ilə bağlı rəsmi məlumat olmasa da, bəzi restoranlarda oktyabr ayına boş yer tapmaq belə mümkün deyil. Mərasimlərin Məhərrəm ayından - oktyabrın 18-dən sonra bərpa ediləcəyi istisna edilmir. Saray rəsmiləri hələlik dəqiq məlumat olmadığı üçün yeni qiymət siyasətləri ilə bağlı da məlumat verə bilməyəcəklərini deyirlər.

Qeyd edək ki, ölkə ərazisində 15 mart 2020-ci ildən bütün toy məclislərinin keçirilməsi qadağan edilib. (baku.ws)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər