“Həmzə” diviziyasının komandiri Azərbaycana gəlir? - AÇIQLAMA

“Həmzə” diviziyasının komandiri Azərbaycana gəlir? - AÇIQLAMA

Yayılan məlumatlar təkzib olunub.

Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub.

BakuCity.az xəbər verir ki, türkiyəli məşhur jurnalist Levent Kemal bununla bağlı şəxsi “Twitter” hesabından açıqlama yayıb.

Jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandiri ilə danışıb: “Həmzə” diviziyasının komandiri Seyf Əbubəkr ilə danışdım. O, briqadasının döyüşçülərinin Azərbaycana gətirilməsi ilə bağlı məlumatları təkzib etdi. Türk ordusuna yaxın mənbələr də bunu inkar edirlər”.

BakuCity.az

Şərhlər