• Ana səhifə
  • “Koronavirusa qarşı mübarizə yaxın zamanda öz səmərəsizliyini göstərəcək” - ŞOK GÖZLƏNTİ
13:37, 24 sentyabr 2020

“Koronavirusa qarşı mübarizə yaxın zamanda öz səmərəsizliyini göstərəcək” - ŞOK GÖZLƏNTİ

“Koronavirusa qarşı mübarizə yaxın zamanda öz səmərəsizliyini göstərəcək” - ŞOK GÖZLƏNTİ

COVID-19 peyvəndinin hələ də tam olaraq təsdiqlənməməsi səbəbilə narahatlıqlar davam edir.

BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə Azerforum.com-a açıqlama verib.

O qeyd edib ki, bu, yeni növ infeksiya olduğu üçün, hələ onun virusoloji xüsusiyyətləri tam bilinmir:

“Onun virusoloji, epidemioloji, xəstələr üzərində olan klinik xüsusiyyətləri hələ tam öyrənilməyib. İnsanlar koronavirusa yoluxduqda, ağciyər toxumalarında hansı fəsadları törədir? Bu sualın cavabı da məlum deyil”.

Mütəxəssis bildirib ki, digər tərəfdən virusun özünün ştamları mutasiyaya uğradığına görə, yəni-yeni ştamlar əmələ gəlir və hər yeni əmələ gələn ştamlar müxtəlif ağırlıq dərəcəli xəstəliklər törədir. Məhz buna görə də, vaksin hazırlanma məsələsi bir az çətin prosesdir: 

“Düzdür, ayrı-ayrı ölkələr buna cəhd edir, amma bir vaksinin özünü sübut etməsi, effektli olmasını yoxlamaq üçün illər lazımdır. Koronavirusun on aydır meydana gəlib, amma on ayın özü də çox az bir müddətdir. Həmin vaksin hazırlanmalı və istifadə olunmalıdır. İstifadə olunduqdan sonra onun effektivlik dərəcəsi yoxlanmalıdır. Elmi tədqiqat işləri aparılmalıdır. Bunun üçünsə müyyən vaxt və illər lazımdır. ”.

V.Cavadzadə hesab edir ki, qısa müddətdə effektli preparatların hazırlanması mümükün deyil:

“Bunun üçün çox böyük bir zaman lazımdır. Digər tərəfdən, peyvəndin hazırlanması çətin olacaq. Çünki virus mutasiyaya uğrayaraq, formasını dəyişir. Mutasiyaya uğrayan mikroorqanizmlər üçün peyvəndin hazırlanması effektli olmur, peyvənd bir ştama görə hazırlanır. Əgər o ştam sonra öz virusoloji formasını dəyişirsə, hazırlanan peyvənd effektli olmur”.

BakuCity.az

#koronavirus pandemiyası #covid-19 infeksiyası #xeberler #xeberler baki #xeberler portali #xeberler son deqiqe #xeberler azerbaycan #xeberler bugun 2020 #xeberler bu gune #xeberler dunen #sonxeberler #en son xeberler

Şərhlər

Elan
live comments feed...