Məktəblərlə bağlı vacib AÇIQLAMA

Məktəblərlə bağlı vacib AÇIQLAMA

İş dəftərlərinin satışı aşağı qiymətə Azərpoçtlarda satılır.

Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə Azərpoçtlarda həyata keçirilir.

BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur.

"Respublika üzrə yaşayış məntəqələrinə uyğun olaraq poçt məntəqələri fəaliyyət göstərir. Hazırda tədris ilinin yeni başlaması səbəbindən qeyd olunan iş dəftərlərinə tələbat çoxdur. Məlumat üçün bildiririk ki, iş dəftəri dərslik komplektinin ayrılmaz tərkib hissəsidir. Dərslikdə verilmiş məzmunun şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi üçün iş dəftərində tətbiqi xarakterli sual və tapşırıqlar verilir.

Qazanılmış bilik və bacarıqların təkmilləşdirilməsi, praktik vərdişlərin formalaşdırılması üçün bu vəsait xüsusi əhəmiyyət kəsb edir, - məlumatda bildirilib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər