Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO

Şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzləri fəaliyyətə başlayır.

Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur. Artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib.

BakuCity.az xəbər verir ki, bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə bağlı yumşaldılmaların olacağı, eləcə də ticarət mərkəzlərinin müəyyən qaydalarla fəaliyyətə başlayacağı gözlənilir.

Xəbəri eşidən şadlıq sarayları da hazırlıq işlərinə başlayıblar və məclislərin yenidən keçiriləcəyi günü gözləyirlər.

Həmçinin oxu: Toyların bərpası dəqiqləşdi - AÇIQLAMA

Restoran sahiblərinin sözlərinə görə, sözügedən məsələ ilə bağlı İcra Hakimiyyəti orqanları tərəfindən onlarla əlaqə yaradılıb və restoran haqqında müxtəlif məlumatlar qeydə alınıb.

Dünəndən yayılan bu informasiyanın nə dərəcədə düzgün olduğunu öyrənmək üçün İcra Hakimiyyəti orqanları ilə əlaqə yaratmağa çalışdıq.

İcra orqanlarından verilən məlumata görə, isə toyların fəaliyyəti ilə bağlı dəqiq qərar yoxdur, sadəcə restoran və digər qapalı müəssisələrdə monitorinq keçirmişik.

Restoran sahiblər toy ilə bağlı icradan onlarla əlaqə saxlan dığını deyir, icra orqanları isə belə bir məlumatın yanlış olduğunu bildirirlər.

Operativ qərargah isə toyların fəaliyyətinin bərpası ilə bağlı yeni qərarın olmadığını bildirir. Restoranlara zəng edib bu məlumatları icra adından kimlərin götürdüyü də sual altında qalır. Ya zəng edən icra orqanının işçisi deyil, ya da ki, toyların fəaliyyəti bərpa olunacaq xəbəri doğrudur, bizə sürpriz edəcəklər. (baku.tv)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər