18 metrlik “BakuBus” qəzaya uğradı - FOTO (YENİLƏNİB)

18 metrlik “BakuBus” qəzaya uğradı - FOTO

Bakı Nəqliyyat Agentliyi “BakuBus” avtobus qəzası ilə bağlı rəsmi açıqlama verib.

BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

11:19

“BakuBus” avtobusu qəzaya uğrayıb.

BakuCity.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat verilib.

Bildirilir ki, qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib.

“BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.

18 metrlik “BakuBus” qəzaya uğradı - FOTO (YENİLƏNİB), fotoşəkil-1

BakuCity.az

Gündəlik xəbərlər böyük ticarət mərkəzləri "BakuBus" qəzayandüşdü bakıda günlüknxəbərlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər