Bakıda güclü yanğın: yollar bağlandı

Bakıda güclü yanğın: yollar bağlandı

Dünən gecə Bakının Təbriz küçəsində iaşə obyektində yanğın baş verib.

BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb.

Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.

BakuCity.az

Şərhlər