Karantin yenə sərtləşir? - TƏBİB açıqlama verdi

Karantin yenə sərtləşir? - TƏBİB açıqlama verdi

Epidemioloji vəziyyət tam nəzarət altındadır.

“Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə,  inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun".

BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində ölkədəki epidemioloji vəziyyət haqqında danışarkən deyib.

Akif Qurbanov qeyd edib ki, yoluxmaların sayında artım ola bilər: "Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik”.

A.Qurbanovun sözlərinə görə, gələcəkdə müəyyən bir bölgədə yoluxma sayının kəskin artması müşahidə olunarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər.

"Hazırda TƏBİB tərəfindən aparılan tədqiqata əsasən, əhalinin təqribən 20-30 faizində koronavirusa qarşı immunitet yaranıb. Daha bir 20%-nin də vaksinasiyası əhalinin yarısından artığında immunitet yaradacaq. Nəticədə əhalinin 50 faizində immunitet olarsa, pandemik proses dayanmış olur, yoluxma sayı artmır.

İnsanlar qorunma tədbirlərinə əməl etsələr, COVİD vaksininə qədər yoluxma sayında ciddi artım olmayacaq. Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək. Bura yaşlı əhali qrupu, xroniki xəstəlikləri olanlar, tibb işçiləri, ola bilsin müəllimlər daxildir. Bu da təqribən əhalinin 20%-ni əhatə edəcək", TƏBİB rəsmisi vurğulayıb. 

BakuCity.az

xeberler xeberler baki xeberler portali covid-19 pandemiyası xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər