Bakıda ŞOK QƏTL: Ərinə 17 bıçaq vuraraq öldürdü - FOTO

Bakıda ŞOK QƏTL: Ərinə 17 bıçaq vuraraq öldürdü - FOTO

“BP-Azərbaycan” şirkətində işləyən əri Araz Sofiyevi öldürməkdə təqsirli bilinən Rəna Sofiyevanın məhkəməsi başlayır.

BakuCity.az xəbər verir ki, ötən ilin iyulunda törədilən qətlin cinayət işi üzrə istintaq yekunlaşaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. İlkin hazırlıq iclasının vaxtı təyin olunmayıb.

2019-cu il iyulun 7-də gecə saat 03 radələrində Suraxanı rayonunda baş verən bu qətl hadisəsi çox müəmmalı halları ilə yadda qalıb.

Belə ki, 40 yaşlı Araz Sofiyev divanda yatdığı yerdə 17 bıçaq zərbəsi ilə qətlə yetirilib. Kənd təsərrüfatı texnikasının tədarükündə ixtisaslaşan 4S şirkətinin rəhbər müavini işləmiş Rəna Sofiyeva isə iki naməlum şəxsin evə girərək onlara hücum etdiyini bildirib. R.Sofiyeva həmin şəxslərin ona da xəsarət yetirdiyini bildirib və deyib ki, həmin şəxslər ərinin onlara borclu olduğunu deyiblər. Qadının sözlərinə görə, daha sonra həmin şəxslər R.Sofiyevadan 4.800$ alaraq hadisə yerindən qaçıblar.

Lakin 17 bıçaq zərbəsi alan ərin yanındakı qadına sadəcə cızıq xəsarəti yetirilməsi istintaqı aparan müstəntiqdə şübhə yaradıb. Araşdırma zamanı Araz Sofiyevin heç kimə borclu olmadığı məlum olub. Cinayət törədilən zaman evdə olan R.Sofiyevanın anası və 15 yaşlı oğlu isə yatdıqları üçün heç nə eşitmədiklərini deyiblər. Ətrafdakı müşahidə kameralarında isə yalnız 1 nəfərin küçədən keçdiyi görünüb.

İstintaq Araz Sofiyevi həyat yoldaşı Rəna Sofiyevanın öldürdüyü qənaətinə gəlib. Onun barəsində rayon məhkəməsi həbs qətimkan tədbiri seçsə də, qadın cinayəti etiraf etməyib.

Araşdırma zamanı məlum olub ki, cütlük boşanma ərəfəsində olub, son zamanlar aralarında tez-tez ailədaxili münaqişələr yaranırmış. Məhkəmə ekspertləri mərhum Araz Sofiyevin qanında hücuma müqavimət göstərilməsinin qarşısını almaq üçün istifadə olunan trankvilizator tərkibi tapıblar.

İstintaqın gedişatında Rəna Sofiyeva cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib. O, ərini yatarkən öldürdüyünü bildirib.

Araz Sofiyev “BP-Azərbaycan”, “Baltika-Bakı” və “Aqrovest İMP” şirkətlərində müxtəlif vəzifələrdə işləyib. R.Sofiyeva isə qətl törədilən müddətdə “Meqa Studio” dizayn şirkətində çalışıb.

2003-cü ildə ailə həyatı quran cütlüyün 2005-ci il təvəllüdlü oğlu olub. (qafqazinfo)

Bakıda ŞOK QƏTL: Ərinə 17 bıçaq vuraraq öldürdü - FOTO, fotoşəkil-1 Bakıda ŞOK QƏTL: Ərinə 17 bıçaq vuraraq öldürdü - FOTO, fotoşəkil-2

BakuCity.az

Şərhlər