Qapalı şəraitdə toy etmək olar - ŞƏRTLƏR

Qapalı şəraitdə toy etmək olar - ŞƏRTLƏR

"Qapalı şəraitdə toy etmək olar".

Azərbaycanda yoluxmanın kontrolda saxlanılması oktyabrın 1-də başa çatacaq xüsusi karantin rejiminin uzadılmaması, toylarla bağlı qadağanın aradan qaldırılması kimi məsələləri gündəmə gətirir.

BakuCity.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev toylarla bağlı icazənin mümkün olduğunu deyib:

"Xüsusi karantin rejimin yenidən uzadılıb-uzadılmaması önəmli deyil, önəmli olan karantin rejimin şərtləridir. Rejim uzadıla bilər, amma hansı şərtlər daxilində?! Hazırkı karantin rejimi uzadılsa belə, rayonlar, şəhərlərarası məhdudiyyətlər yoxdur. Kafelər, restoranlar da saat 12-yə kimi işləyir.

Mövcud vəziyyətdə hansı şərtlər daxilində toylara icazə verilə bilər? Havaların soyuduğu bir vaxta gedirik. Açıq havada da toy etmək olmaz. Düşünürəm, qapalı şəraitdə, bəlkə də, az insanların olduğu bir mühitdə toy etmək olar. Amma toylarla bağlı icazə mənim səlahiyyətim daxilində deyil", deyə V.Əliyev vurğulayıb.  (milli.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər