ABŞ-dan Azərbaycandakı vətəndaşlarına XƏBƏRDARLIQ: Abşerondan çıxmayın!

ABŞ-dan Azərbaycandakı vətəndaşlarına XƏBƏRDARLIQ: Abşerondan çıxmayın!

ABŞ səfirliyi Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edib.

BakuCity.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb: "ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb".

Səfirlik Azərbaycanın bütün regionlarındakı ABŞ vətəndaşlarına son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edib: "ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı yarana biləcək nümayişdən uzaq olmağa çağırır. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək". (apa)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər