Koronavirusdan ölüm riskini azaldan vitamin tapıldı

Koronavirusdan ölüm riskini azaldan vitamin tapıldı

Ağırlaşma və ölüm riskini azaldan vitamin.

D vitamini səviyyəsi normada olan COVİD-19 xəstələrində ağırlaşma və ölüm halları adıçəkiln vitaminin defisiti olanlarla müqayisədə əhəmiyyətli dərəcədə azalır.

BakuCity.az xəbər verir ki, amerikalı alimlər belə qənaətə gəliblər.

Belə ki, Boston Universitetinin tibb məktəbinin mütəxəssisləri xəstəxanaya yerləşdirilən zaman 235 xəstənin qanından azalizlər götürüb və D vitamini səviyyəsini yoxlayıblar.

Sonra onlarda kliniki ağırlıq dərəcəsi, ağırlaşmış simptomlar, təngənəfəslik hallarının artıb-artmaması ilə bağlı müşahidələri davam etdiriblər. 

Məlum olub ki, D vitamini kifayət qədər olan koronavirus xəstələrində ağırlaşmış kliniki nəticələrə, o cümlədən ölümə daha az rast gəlinir.

Araşdırma müəllifləri hesab edirlər ki, vitamin göstəriciləri normal olan 40 yaşdan yuxarı xəstələrdə virusdan ölüm riski 51,5 faiz aşağı olur. (baku.ws)

BakuCity.az

Şərhlər