Paşinyanın İlham Əliyevdən vaxt istəməsi ictimailəşdi: orduya əmr verildi

Paşinyanın İlham Əliyevdən vaxt istəməsi ictimailəşdi: orduya əmr verildi

Prezident İlham Əliyevin gözlənilən müharibə öncəsi Ermənistan daxilində siyasi toqquşma yaratmağa hesablanmış addımı reallaşdı.

Erməni baş nazirin hakimiyyətini gücləndirmək, əvəzində real danışıqlara gəlmək üçün Düşənbədə İlham Əliyevdən vaxt istəməsi faktının ictimaiyyətləşdirilməsi danışıqlarla bağlı verdiyi vədə əməl etməyən Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaradıb.

BakuCity.az xəbər verir ki, Nikol Paşinyan ona qarşı çevrilən daxili ictimai rəyin yönünü dəyişdirmək və özünü xilas etmək üçün dünən – 25 sentyabr tarixində iki addım atdı.

Birincisi, "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan həbs edildi. Bu, daxili siyasi seqmentdə gündəmin dəyişməsinə hesablanıb.

İkincisi, cəbhədə təxribat hücumlarına hazırlıq gedir.

Ermənistan mediası bir neçə saat öncə - yerli vaxtla saat 22:00 radələrində Dağlıq Qarabağdakı bütün hərbi hissələrin 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyi haqda məlumat yayıb. Məlumata görə, işğal olunmuş ərazilərdəki zabit heyəti tam şəkildə hərbi hissələrə çağrılıb.

Cəbhədə gecə hücumunun olaca biləcəyi istisna deyil.

Paşinyan bununla diqqəti "xarici düşmən” obrazı ətrafında cəmləmək və hakimiyyətini gücləndirmək üçün İlham Əliyevdən xahiş edən baş nazir imicini "hücum edən komandan” imici ilə əvəzləmək istəyir.

Prezident İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən dediyi "Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir” sözləri də təsadüfi deyil. (publika.az)

BakuCity.az

Şərhlər

Cəmiyyət
Dünyanın ən gözəl papağı – erməni əsgərinin boş qalmış papağıdır.  Bu papaqlar keçən əsrin əvvəlində tayqulaq andraniklərin, njdelərin və  Qarakilsədə Musa babamın valideyinlərini məhv eləyən daşnakların  nəvələrinin bədənlərinə ağırlıq eliyən başlarından düşür. Daha doğrusu, igid zabit və əsgər  qardaşlarım düşürürlər...  Dünyanın ən gözəl  kəndləri isə sırtıq qonaqların çıxarılmasından sonra qaytarılan yaşayış məntələrimizdir – Suqovuşandı, Talışdı, Böyü...
Cəmiyyət
Ağcabədi rayonu atəşə tutulub. Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub. BakuCity.az xəbər vürir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. BakuCity.az
Cəmiyyət
“Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb. BakuCity.az xəbər verir ki, görüntü peyk operatorunun tvitter səhifəsində dərc olunub. BakuCity.az
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən BakuCity.az-a daxil olan müraciətdə deyilir: "Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq. Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!". BakuCity.az
Cəmiyyət
Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub. BakuCity.az xəbər verir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib. Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. (report) BakuCity.az
Siyasət
“Bir şərtimiz var-Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...” Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev dünən Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində generallarla, cəbhədə gedən döyüşlərə komandanlıq edən hərbi birlik rəhbərləri ilə keçirdiyi müşavirədə döyüş əməliyyatlarının dayandırılması üçün Azərbaycana edilən təzyiqlərdən danışıb. BakuCity.az prezident İlham Əliyevinin sözügedən çıxışını təqdim edir: -İki dəfə Erm...
Cəmiyyət
Rəşadətli ordumuz növbəti  ərazilərimizi işğaldan azad edib. Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" hesabında məlumat paylaşıb. BakuCity.az
Cəmiyyət
“Dağlarda dron” – ermənilər üçün kabus. BakuCity.az Qarabağ veteranı, ehtiyatda olan kapitan, jurnalist Şöhrət Eyvazovun “Dağlarda dron” – ermənilər üçün kabus" adlı məqaləsini təqdim edir. Yadınızdadırsa, erməni ordusunun Şuşanı işğal əməliyyatının adı –“Dağlarda toy” idi. Bir qərinəyə yaxın vaxt lazım oldu Azərbaycan Ali Baş Komandanının və Ordusunun cavab zərbəsinə.  Bir gün belə azalmadı inamımız. hirsimizlə, hikkəmizlə gözlədiyimiz, “lazım gələrsə” sö...
Cəmiyyət
Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq edib. Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib. BakuCity.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi,...