Ev tikmək istəyənlərə şad xəbər - VİDEO

Ev tikmək istəyənlərə şad xəbər - VİDEO

Nazirlər Kabineti tikinti ilə bağlı qaydalarda dəyişiklik edib.

BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a dəyişiklik edib.

Yeni qərara əsasən, tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib. Bundan sonra çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50%-də tikinti aparmaq mümkün olacaq. Binanın ümumi sahəsi üçün verilən hədd də 66%artırılıb.

Qaydalarada fərdi yaşayış evləri üçün də müsbət yeniliklər var. Burada tikinti üçün verilən hədd 2 dəfə artırılıb. Tikilinin ümumi sahəsi isə torpaq sahəsinin 60%-i nisbətində ola bilər.

Ekspertlər hesab edir ki yeni qərar 3 ilə yaxındır ki, durğunluq yaşanan tikinti sektorunda hərəkətlənmə yaratsa da, qiymətlərə təsir etməyəcək.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər