Müdafiə Nazirliyindən cəbhədəki ağır döyüşlərlə bağlı açıqlama - RƏSMİ

Müdafiə Nazirliyindən cəbhədəki ağır döyüşlərlə bağlı açıqlama - RƏSMİ

Müdafiə Nazirliyi cəbhədə gedən ağır döyüşlərlə bağlı açıqlama yayıb.

Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.

Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.

Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.

Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

BakuCity.az

Ermənistan müharibəyə hazırlaşır SƏFƏRBƏRLİK ELAN EDİLDİ Müdafiə Nazirliyi cəbhədə gedən ağır döyüşlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər