Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını alnır.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Bu barədə BakuCity.az-a Müdafiə Nazirliyi məlumat verilib.

Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Qoşunlarımızın sürətli ək-hücum əməliyyatı davam edir.

BakuCity.az

Ermənistan müharibəyə hazırlaşır SƏFƏRBƏRLİK ELAN EDİLDİ Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Dünyanın ən gözəl papağı – erməni əsgərinin boş qalmış papağıdır.  Bu papaqlar keçən əsrin əvvəlində tayqulaq andraniklərin, njdelərin və  Qarakilsədə Musa babamın valideyinlərini məhv eləyən daşnakların  nəvələrinin bədənlərinə ağırlıq eliyən başlarından düşür. Daha doğrusu, igid zabit və əsgər  qardaşlarım düşürürlər...  Dünyanın ən gözəl  kəndləri isə sırtıq qonaqların çıxarılmasından sonra qaytarılan yaşayış məntələrimizdir – Suqovuşandı, Talışdı, Böyü...
Cəmiyyət
Ağcabədi rayonu atəşə tutulub. Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub. BakuCity.az xəbər vürir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. BakuCity.az
Cəmiyyət
“Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb. BakuCity.az xəbər verir ki, görüntü peyk operatorunun tvitter səhifəsində dərc olunub. BakuCity.az
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən BakuCity.az-a daxil olan müraciətdə deyilir: "Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq. Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!". BakuCity.az
Cəmiyyət
Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub. BakuCity.az xəbər verir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib. Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. (report) BakuCity.az
Siyasət
“Bir şərtimiz var-Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...” Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev dünən Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində generallarla, cəbhədə gedən döyüşlərə komandanlıq edən hərbi birlik rəhbərləri ilə keçirdiyi müşavirədə döyüş əməliyyatlarının dayandırılması üçün Azərbaycana edilən təzyiqlərdən danışıb. BakuCity.az prezident İlham Əliyevinin sözügedən çıxışını təqdim edir: -İki dəfə Erm...
Cəmiyyət
Rəşadətli ordumuz növbəti  ərazilərimizi işğaldan azad edib. Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" hesabında məlumat paylaşıb. BakuCity.az
Cəmiyyət
“Dağlarda dron” – ermənilər üçün kabus. BakuCity.az Qarabağ veteranı, ehtiyatda olan kapitan, jurnalist Şöhrət Eyvazovun “Dağlarda dron” – ermənilər üçün kabus" adlı məqaləsini təqdim edir. Yadınızdadırsa, erməni ordusunun Şuşanı işğal əməliyyatının adı –“Dağlarda toy” idi. Bir qərinəyə yaxın vaxt lazım oldu Azərbaycan Ali Baş Komandanının və Ordusunun cavab zərbəsinə.  Bir gün belə azalmadı inamımız. hirsimizlə, hikkəmizlə gözlədiyimiz, “lazım gələrsə” sö...
Cəmiyyət
Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq edib. Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib. BakuCity.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi,...