Rusiya Qarabağ münaqişəsində hansı tərəfi dəstəkləyir? – Rəsmi Moskva

Rusiya Qarabağ münaqişəsində hansı tərəfi dəstəkləyir? – Rəsmi Moskva

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdardır və tərəflərdən heç birini digərinə qarşı dəstəkləmir.

BakuCity.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Türkiyə ənənəvi olaraq Azərbaycanı dəstəkləyir. Bunu bilirik. Amma bu o demək deyil ki, Azərbaycana qarşı Ermənistanın tərəfindəyik. Bu belə deyil. Biz ədalətli həlli, atəşin dayandırılmasını, hərbi əməliyyatların bitməsini dəstəkləyirik”, - deyən V.Nebenzya tərəfləri təmkinli olmağa çağırıb. (modern.az)

BakuCity.az

Şərhlər