Yunan muzdluları Azərbaycana qarşı döyüşmək üçün İrəvana gəlir

Yunan muzdluları Azərbaycana qarşı döyüşmək üçün İrəvana gəlir

Yunanıstandan Ermənistana onlarla muzdlulu gəlib.

Ermənistanın "Republic of Artsakh" telegram kanalı, Azərbaycana qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Yunanıstandan Ermənistana onlarla muzdluların gəlməsi barədə məlumat yayıb.

"Yunanıstandan gələn könüllülər Qarabağda: birinci qrupda Yunanıstandan 50 etnik erməni və 30 yunan olacaq", - deyə erməni telegram kanalı bildirib.

BakuCity.az bildirir ki, erməni millətçilərinin telegram kanalı dünən Twitter səhifələrində Yunanıstanın muzdlu vətəndaşlarının Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün göndərilməsi barədə bir neçə mesaj paylaşan yunan bloger və fəalı, "Greek City Times" nəşrinin müəllifi Pol Antonopoulosa (Paul Antonopoulos) istinad edib. (virtualorg.az)

BakuCity.az

Şərhlər