Füzuli rayonu ərazisinə mərmi düşdü: yanğın baş verdi

Füzuli rayonu ərazisinə mərmi düşdü: yanğın baş verdi

Ermənistan Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.

BakuCity.az xəbər verir ki, düşmənin növbəti dəfə atdığı top mərmilərdən biri Füzuli rayonun ərazisində yerləşən və bir neçə kəndin ərazisinə yaxın olan otlaq sahələrinə düşüb.

Nəticədə həmin ərazilərdə güclü yanğın baş verib.

Kənd sakinləri bildiriblər ki, düşmənin təxribatı nəticəsində onların fərdi yaşayış evləri, təsərrüfatları və otlaq sahələri ziyan görüb. (report)

Füzuli rayonu ərazisinə mərmi düşdü: yanğın baş verdi, fotoşəkil-1

BakuCity.az

Şərhlər