Tibbi maskadan düzgün istifadənin yolları

Tibbi maskadan düzgün istifadənin yolları

Tibbi maskadan düzgün istifadənin yolları açıqlanıb.

Tibbi maska ​​rəngindən asılı olmayaraq, təlimatlara uyğun taxılmalıdır.

BakuCity.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi nəzdindəki ictimai şura üzvü, zdorovie.ru onlayn platformasının qurucusu Erik Brovko danışıb.

“Steril olan tərəfi üzə qoyuruq, üz tərəfi isə çölə baxmalıdır. Bu, ümumiyyətlə maskanın ümumi görünüşünə əsasən kifayət qədər başa düşüləndir”, - deyə ekspert vurğulayıb.

E.Brovko fərdi qoruyucu vasitələri daim dəyişdirməyə və istifadədən sonra onu atmağa çağırıb.

O, birdəfəlik olmayan maskanın yenidən istifadə edilməzdən əvvəl mütəmadi olaraq yuyulmalı olduğunu vurğulayıb. Mütəxəssis, maskanı ayrı bir cibdə saxlamağı və ya bunun üçün xüsusi kiçik bir paketin ayrılmasını da tövsiyə edib.

BakuCity.az

Covid-19 pandemiyası sədərək" nəzarətə götürüldü gündəlik xəbərlər böyük ticarət mərkəzləri Tibbi maskadan düzgün istifadənin yolları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər