Erməni qadın: “Qarabağda hamilə azərbaycanlıların qarnını yarırdıq” - VİDEO

Erməni qadın: “Qarabağda hamilə azərbaycanlıların qarnını yarırdıq” - VİDEO

“Ekstrasenslərin döyüşü”.

Bir neçə il öncə Rusiya kanallarından birində yayımlanmış “Ekstrasenslərin döyüşü” adlı verilişdəki həyat hekayəsi bugünlərdə sosial şəbəkələrdə gündəmə gəlib.

BakuCity.az xəbər verir ki, verilişin sözügedən buraxılışında erməni vəhşiliyindən, erməni işğalçılarının Qarabağdakı dinc əhaliyə etdiyi ağılasığmaz işgəncələrdən bəhs olunub.

Belə ki, verilişin qəhrəmanı olan ekstrasens tərəf müqabili qadına onun ruhu üzərində çox böyük ağırlıq olduğunu bildirib.

Qadın isə cavabında deyib ki, qaynatam Qarabağ müharibəsində iştirak edib:

“O daim bizə döyüş xatirələrini danışırdı. Deyirdi ki, Qarabağda nə qədər hamilə qadınları öldürüblər, onların qarınlarını yarıblar”.

BakuCity.az

Şərhlər