ABŞ-da ermənilər azərbaycanlıya hücum edib

ABŞ-da ermənilər azərbaycanlıya hücum edib

ABŞ-da həmvətənimiz ermənilərin hücumuna məruz qalıb.

BakuCity.az xəbər verir ki, hadisə Nyu-York şəhərində qeydə alınıb

Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gənc bir qrup erməninin hücumuna məruz qalıb.

Belə ki, yeddi nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib. Nəticədə, azərbaycanlı gənc başından yüngül xəsarət alıb.

Həmçinin oxu: Moskvada azərbaycanlılarla ermənilər arasında daha bir neçə münaqişə yaşandı

Həmyerlimizin polislə əlaqə saxladığını görən ermənilər qaçaraq ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, hadisə şahidləri baş verənləri mobil telefonun kamerası ilə qeydə alıblar.

Videogörüntüdə həmvətənimizin təkbaşına yeddi erməni ilə əlbəyaxa dalaşdığı görünür. (report)

BakuCity.az

Şərhlər