İşğalçı erməni ordusu Qarabağda 3 tuneldən istifadə edir - AÇIQLAMA

İşğalçı erməni ordusu Qarabağda 3 tuneldən istifadə edir - AÇIQLAMA

Palkovnikin açıqlaması.

"Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dəfələrlə bildirmişdi ki, biz Dağlıq Qarabağ və işğal altında olan ərazilərimizdə düşmənin bütün obyektlərini nəzarətdə saxlayır, müşahidə edirik. Bu gün Ermənistanla sərhədə və ya təmas xəttinə yaxın Azərbaycan ərazisində olan elə bir obyekt yoxdur ki, biz onları hədəf kimi götürə bilməyək və onlara təsir edə bilməyək".

BakuCity.az  xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.

Şair Ramaldanovun sözlərinə görə, Azərbaycan ordusunun düşmən istiqamətində bütün atışları hədəfə dəyir:

"Bu gün orada üç tunel var. Zod tuneli, Vardanis və Kəlbəcərdən gələn tunellər. Artıq Zod və Vardanisdən gələn yollar müəyyən şəkildə nəzarət altındadır. Qalır Laçından gələn tunelin birtərəfli imkanları.

Bizim düşmən istiqamətində bütün atışlarımız hamısı öz hədəfinə çatır. Erməni tərəfi raket atanda bunun düşüb-düşmədiyini dəqiq bilmir. Azərbaycan ordusunun müşahidə imkanları açılan atəşin nə qədər dəqiqliklə hədəfə dəyməsini görməyə imkan verir. Biz rahat görə bilirik ki, atılan mərmilər hara dəyib, düşməni necə məhv edib". (baku.ws)

BakuCity.az

Şərhlər

Siyasət
“Bir şərtimiz var-Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...” Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev dünən Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində generallarla, cəbhədə gedən döyüşlərə komandanlıq edən hərbi birlik rəhbərləri ilə keçirdiyi müşavirədə döyüş əməliyyatlarının dayandırılması üçün Azərbaycana edilən təzyiqlərdən danışıb. BakuCity.az prezident İlham Əliyevinin sözügedən çıxışını təqdim edir: -İki dəfə Erm...
Cəmiyyət
Rəşadətli ordumuz növbəti  ərazilərimizi işğaldan azad edib. Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" hesabında məlumat paylaşıb. BakuCity.az
Cəmiyyət
“Dağlarda dron” – ermənilər üçün kabus. BakuCity.az Qarabağ veteranı, ehtiyatda olan kapitan, jurnalist Şöhrət Eyvazovun “Dağlarda dron” – ermənilər üçün kabus" adlı məqaləsini təqdim edir. Yadınızdadırsa, erməni ordusunun Şuşanı işğal əməliyyatının adı –“Dağlarda toy” idi. Bir qərinəyə yaxın vaxt lazım oldu Azərbaycan Ali Baş Komandanının və Ordusunun cavab zərbəsinə.  Bir gün belə azalmadı inamımız. hirsimizlə, hikkəmizlə gözlədiyimiz, “lazım gələrsə” sö...
Cəmiyyət
Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq edib. Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib. BakuCity.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi,...
Cəmiyyət
“Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gücünü xalqdan alaraq ədaləti yenidən bərqərar edir”. BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Yalçın Topçu qeyd edib ki, şanlı Azərbaycan Ordusu cəbhədə bir mülki şəxsə zərər vermədən hər gün yeni torpaqları işğaldan qurtarmaqla beynəlxalq hüququ pozaraq insanlığa qarşı cinayət törədən təcavüzkar işğalçı Ermənistana lazı...
Cəmiyyət
Ordumuz Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində yeni mövqelərə irəliləyib. Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib. Belə ki, Azərbaycan Ordusunun bölməl...
Cəmiyyət
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa edib. Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının "Modern Diplomacy" portalında ingilis dilində məqaləsi dərc edilib. BakuCity.az xəbər verir ki, məqalə "Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?" adlanır. Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əla...
Cəmiyyət
Paytaxtda fəaliyyət göstərən bir sıra obyektlərdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər davam etdirilir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Səbail rayonunda “Royal coin zoo mağaza”da, “İpək gözəllik salonu”nda, Yasamal rayonunda “Bolmarket”də, “Sizin Lombard”da, Suraxanı ra...
Siyasət
İham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. "Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın büt...